Çempionlar Liqasında oynayan Almaniya klubları - "Bavariya”, "Borussiya” (Dortmund), "Leyptsiq” və "Bayer” koronavirus pandemiyası üzündən maddi süqutla üz-üzə qalan 1-ci və 2-ci Bundesliqa klublarına para yardımı edəcək.
Fanat.Az Almaniya Klublar Birliyinin (DFL) saytına istinadən xəbər verir ki, sözügedən klubların ümumilikdə 20 milyon avroluq yardım edəcəyi açıqlanıb.
Bu məbləğin klublar arasında necə bölünəcəyinə DFL müəyyənləşdirəcək.
Fanat.Az