"Real" yayda minimum 4-5 futbolçu ilə yolları ayırmaq niyyətindədi.
"Kastilya" üçün sifariş olunmuş Rodriqo Qoes də daxil olmaqla, hazırda "Real"ın heyətində 25 oyunçu var. Yeni mövsümdən Reynyer əsas komandaya qoşulacaq və 11 futbolçu icarədən qayıdacaq. Bu üzdən də "Real" ixtisarlara getməyi planlaşdırır.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Qaret Beyl, Hames Rodriqes, Lukas Vaskes və Mariano Diasla yolları ayırmağa hazırdı. Rəhbərlik Naço, Marselo və Luka Modriçlə görüşdükdən sonra onların gələcəyi ilə bağlı qərar qəbul edəcək. Braim Diasa gəlincə, "Real" ispan futbolçunun icarədə oynamağa razılıq verəcəyinə ümid edir.
Martin Edeqor ("Real Sosyedad") və Əşrəf Hakimi (Dortmund "Borussiya"sı) icarədən qaytarıla bilər. Dani Sebalyos ("Arsenal") və Serxio Reqilonun ("Sevilya") klubdakı gələcəyi hələ də sual altındadı. İcarədə olan digər oyunçular ya satılacaq, ya da yenidən icarəyə göndəriləcəklər.
Fanat.Az