"Yuta"nın koronavirusa yoluxmuş basketbolçuları Rudi Qober və Donovan Mitçell sağalıblar.
Fanat.Az "Athletic"in insayderi Şems Çaraniyaya istinadən xəbər verir ki, Qober və Mitçell müalicələrini uğurla başa vurublar.
11 martda "Oklahoma" ilə oyun ərəfəsində Qoberin koronavirus analizi pozitiv çıxmışdı. Bu, NBA-da mövsümün qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb olmuşdu. Ertəsi gün Mitçelldə infeksiya aşkarlanmışdı.
Qeyd edək ki, dünən "Detroyt"un mərkəz oyunçusu Kristian Vudun koronavirusdan sağaldığı açıqlanmışdı.
Fanat.Az