PSV-nin sol cinah müdafiəçisi Rikardo Rodrigesin yanvarda "Fənərbaxça”ya niyə keçmədiyi bəlli olub.
Fanat.Az xəbər verir ki, bunu sabiq "Milan”lının meneceri Canluka Di Domeniko açıqlayıb:
"Yanvarda onu həm "Napoli”, həm də "Fənərbağça” istəyirdi. Türkiyə təmsilçisi də ciddi maraq göstərirdi. Ancaq PSV-nin ortaya qoyduğu istək bizim üçün həlledici oldu. Rikardo onun üçün canfəşanlıq edən kluba keçməyi uyğun saydı”.
Fanat.Az