"Evdən çıxmamağa, ümumi qaydalara əməl etməyə çalışıram. İndi meydanda olmağı, futbol oynamağı hər futbolçu arzulayır. Amma sağlamlıq daha önəmlidi”.
Fanat.Az xəbər verir ki, bunu "Sabah” nəşrinə açıqlamasında "Kayserispor”un 29 yaşlı yarımmüdafiəçisi Pedro Enrike deyib.
Braziliyalı legioner koronavirus pandemiyası haqda düşüncələrini bölüşüb:
"Diqqətli hərəkət edir və forma qalmağa çalışıram. Amma bunlar normal məşqlərə bənzəmir. Dünya olaraq çətin bir dönəmdəyik və heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq. Buna görə də mübarizə aparmalıyıq. Edəcəyiniz şey çox sadədi, evdə qalın. Ailənizlə vaxt keçirməyə çalışın. Həm onlarla vaxt keçirəcək, həm də evdə qalaraq hər kəsi qoruyacaqsız. Hər şeyə məsuliyyətlə yanaşsaq, həyat daha sürətlə öz axarına qayıdacaq. Belədə, futbol da normallaşa bilər".
Yarımmüdafiəçi bu vəziyyətlə əlaqədar hər kəsin narahat olduğunu bildirib: "Nə olacağını bilmirik. Türkiyə Futbol Federasiyasını başa düşürəm, indi qərar vermək çox çətindi”.
Pedro Enrike 2017/18 mövsümündə icarə əsasında "Qarabağ”da top qovub.
Fanat.Az