İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.
Fanat.Az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora deyib. O, elit çempionatın təxirə salındığı vaxtda - mayın 3-də başlamayacağını söyləyib:
"A Seriyasını mayın 3-də başlatmaq məntiqəuyğun iş deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb.
Fanat.Az