"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov koronavirusla mübarizəyə dəstək verib.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu pandemiya ilə mübarizə üçün Dəstək Fonduna 50 min manat ianə edib.
Bir neçə gün öncə "Qarabağ" da komanda şəklində Dəstək Fonduna 50 min manat köçürmüşdü. Oyunçular şəxsi təşəbbüsləri ilə öz aralarında bu vəsaiti topayaraq, belə addım atmışdılar. Onlar maaşlarından müəyyən miqdar ayırmağı lazım biliblər.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə Dəstək Fonduna 20 min manat köçürüb.
Fanat.Az