Yeni müqavilə ilə bağlı danışıqlar zamanı Serxio Ramosla "Real" arasında problem yarana bilər.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Ramos müqaviləsini iki il müddətinə uzatmaq istəyir. "Real" rəhbərliyi isə ispan futbolçuya birillik sözləşmə təklif etmək niyyətindədi.
Müdafiəçi daha əvvəl karyerasını Madrid klubunda bitirmək istədiyini bildirmişdi. Onun "Real"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Ramos bu gün 34-cü doğum gününü qeyd edir.
Fanat.Az