Superliqa təmsilçisi "Dənizlispor"un futbolçusu Modu Berrou komandanın düşərgəsindən qaçıb.
Fanat.Az "Hürriyət"ə istinadən xəbər verir ki, qambiyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə gedib.
Bildirilir ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istəsə də, klubla razılığa gələ bilməyib.
Xatırladaq ki, dünən "Konyaspor” slovakiyalı Robert Makla eyni səbəbdən vidalaşıb.
Fanat.Az