Bu gün Çempionlar Liqasında sonuncu - VI tura yekun vurulacaq. Fanat.az xəbər ki, E, F, G və H qruplarında 8 oyun baş tutacaq. Bu qarşılaşmalarda 1/8 finala 5 vəsiqənin sahibi müəyyəqləşəcək.
E qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş "Çelsi" bütün iddialarını itirmiş "Styaua"nı sınağa çəkəcək. 1/8 finala ikinci vəsiqəyə iddia edən "Şalke 04"lə "Bazel" Almaniyada qarşılaşacaq. Almanlara növbəti mərhələyə çıxmaq üçün yalnız qələbə sərf edir.
F qrupunda maraqlı qarşılaşmalar baş tutacaq. Çünki bu qrupda heç bir vəsiqənin sahibi müəyyənləşməyib və 2 biletə 3 iddiaçı var. Lider "Arsenal" üçüncü pillədə qərarlaşan "Napoli"ni qəbul edəcək. Dortmund "Borussiya"sı isə heç bir iddiası qalmayan Marsel "Olimpik"inin qonağı olacaq.
G qrupunda növbəti mərhələyə vəsiqəni və liderliyi təmin edən "Atletiko" "Portu"nu qəbul edəcək. İkinci pillədə qərarlaşan "Zenit" isə "Austriya"nın qonağı olacaq. "Portu" "Atletiko"ya uduzacağı halda "Zenit"ə məğlubiyyət də sərf edir.
H qrupunda isə artıq mərhələ adlayacağı dəqiqləşən "Barselona" iddiası qalmayan "Seltik"i qəbul edəcək. "Milan" isə evdə "Ayaks"la qarşılaşacaq. Hollandlara mərhələ adlamaq üçün yalnız qələbə lazımdı.
Qeyd edək ki, artıq Çempionlar Liqasının 1/8 final mərhələsinə 10 vəsiqənin sahibi müəyyənləşib: "Mançester Yunayted", "Mançester Siti", "Çelsi" (üçü də İngiltərə), "Real", "Barselona", "Atletiko" (üçü də İspaniya), "Bavariya", "Bayer (ikisi də Almaniya), PSJ (Fransa), "Olimpiakos" (Yunanıstan). 5 vəsiqə bu gün keçiriləcək oyunlarda, biri isə "Qalatasaray" - "Yuventus" matçında sahibini tapacaq.
A, C və D qruplarından "Şaxtyor" (Ukrayna), "Benfika" (Portuqaliya), "Viktoriya" (Yunanıstan) Avropa Liqasına vəsiqə əldə edib. 4 vəsiqənin sahibi sabah, biri "Qalatasaray" - "Yuventus" matçında sahibini tapacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 11 dekabr
E qrupu
23.45 Çelsi (İngiltərə) - Styaua (Rumıniya)
23.45 Şalke 04 (Almaniya) - Bazel (İsveçrə)
1 | Çelsi | 5 | 3 | 0 | 2 | 11-3 | 9 |
2 | Bazel | 5 | 2 | 2 | 1 | 5-4 | 8 |
3 | Şalke 04 | 5 | 2 | 1 | 2 | 4-6 | 7 |
4 | Styaua | 5 | 0 | 3 | 2 | 2-9 | 3 |
F qrupu
23.45 Napoli (İtaliya) - Arsenal (İngiltərə)
23.45 Olimpik (Marsel, Fransa) - Borussiya (Dortmund, Almaniya)
1 | Arsenal | 5 | 4 | 0 | 1 | 8-3 | 12 |
2 | Borussiya D | 5 | 3 | 0 | 2 | 9-5 | 9 |
3 | Napoli | 5 | 3 | 0 | 2 | 8-9 | 9 |
4 | Olimpilk M | 5 | 0 | 0 | 5 | 4-12 | 0 |
G qrupu
23.45 Austriya (Avstriya) - Zenit (Rusiya)
23.45 Atletiko (İspaniya) - Portu (Portuqaliya)
1 | Atletiko | 5 | 4 | 1 | 0 | 13-3 | 13 |
2 | Zenit | 5 | 1 | 3 | 1 | 4-5 | 6 |
3 | Portu | 5 | 1 | 2 | 2 | 4-5 | 5 |
4 | Austriya | 5 | 0 | 2 | 3 | 1-9 | 2 |
H qrupu
23.45 Milan (İtaliya) - Ayaks (Hollandiya)
23.45 Barselona (İspaniya) - Seltik (Şotlandiya)
1 | Barselona | 5 | 3 | 1 | 1 | 10-4 | 10 |
2 | Milan | 5 | 2 | 2 | 1 | 8-5 | 8 |
3 | Ayaks | 5 | 2 | 1 | 2 | 5-8 | 7 |
4 | Seltik | 5 | 1 | 0 | 4 | 2-8 | 3 |
Fanat.az