Əfsanəvi basketbolçu Kobi Brayantın karyerasının sonuncu matçında istifadə etdiyi dəsmal onlayn-auksiona çıxarılıb.
Fanat.Az xəbər verir ki, dəsmal auksionda 33 min dollara satılıb. "Iconic Auctions" şirkətinin prezident Ceff Vulf CNN-ə açıqlamasında alıcının "Leykers" azarkeşi olduğunu bildirib:
"Alıcı sadiq "Leykers" fanatıdı. O, gələcəkdə Cənubi Kaliforniyada "Leykers" muzeyi yaratmağı planlaşdırır".
Brayant karyerasının sonuncu matçını 2016-cı ildə "Yuta"ya qarşı keçirmiş və oyunu 60 xalla tamamlamışdı.
Qeyd edək ki, Kobi Brayant qızı Canna ilə birlikdə yanvarın 26-da baş verən helikopter qəzasında dünyasını dəyişib.
Fanat.Az