FİBA kişi basketbolçular arasında keçirilən Çempionlar Liqasının gələcəyi ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, ÇL-də 2019-20 mövsümünə oktyabr ayında yekun vurulacaq. Qalibi müəyyənləşdirəcək "Səkkizlər finalı" 30 sentyabr - 4 oktyabr tarixləri aralığında oynanılacaq. Həlledici mərhələnin harada keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsinin gedişində Çempionlar Liqasına fasilə verilmişdi.
Fanat.Az