Almaniya Bundesliqası və ikinci Bundesliqasında fasilə müddəti uzadılıb.
Fanat.Az xəbər verir ki, koronavirus pandemiyası və onun nəticələrini nəzərə alan klublar bu gün keçirilən ümumi yığıncaqda yekdilliklə sözügedən turnirlərin bərpasını ən azı 30 aprelə qədər təxirə salmaq qərarına gəliblər.
Həmçinin bu gün çempionatların gələcəyi ilə bağlı mümkün ssenarilər də müzakirə olunub. Yekunda aprelin 17-nə fövqəladə iclas təyin olunub.
Almaniyada 65 mindən çox insan koronavirusa yoluxub. Ölkədə COVID-19-dan dünyasını dəyişənləri sayı 645-di.
Fanat.Az