"Mançester Yunayted” Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sançodan əl çəkmir.
Fanat.Az xəbər verir ki, bu haqda son informasiyanı Independent.ie yayıb.
İngiltərə təmsilçisi 20 yaşlı istedada həftəlik 400 min funt-sterlinq maaş təklif edib. İngilislər sözügedən futbolçuya MY-də bir qayda olaraq ulduzların geyindiyi 7 nömrəli futbolkanı da verməyə hazırdı.
Keçid "qırmızı şeytanlar”a 130 milyon avroya başa gələcək.
Sanço bu mövsüm Bundesliqada çıxdığı 23 oyunda 14 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az