Ermənistan şahmatçısı Levon Aronyanın həyat yoldaşı Ariana Kaoili vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Dünya Kubokunun ikiqat qalibi öz "Twitter" hesabında yazıb.
Filippinli Ariana Kaoili martın 15-də avtomobil qəzasına düşmüşdü. Həmin vaxtdan Yerevandakı xəstəxanlardan birinə yerləşirilən şahmatçının həyat yoldaşının həyatını xilas etmək mümkün olmayıb.
33 yaşlı Ariana Kaolinin ölümü ilə əlaqədar dünyanın tanınmış şahmatçıları, o cümlədən azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov da Levon Aronyanın başsığlığı verib.
Teymur Rəcəbov "Twitter"də "Dərin başsığlığı verirəm, Levon”, Rauf Məmmədov isə "Başsığlığı verirəm... döz Levon” yazarıblar.
Qeyd edək ki, beyn?lxalq dərəcəli idman ustası olan Ariana Kaoli 7 Şahmat Olimpiadasının iştirakçısı olub.
Fanat.Az