"Qarabağ" sabah gedir. Avroliqaya hazırlaşmaq üçün qardaş ölkəyə yollanacaq komanda hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb. Sabah səhər Bakı – Ankara reysi ilə yola düşəcək komanda axşam Qızılcahamamda məşqə çıxacaq.
Klub Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq. Püşkə əsasən "Qarabağ" ilk oyunu evdə keçirməli olsa, iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.
Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək.
İdman24.az