"Yuventus"un müdafiəçisi Matteys de Lixt yenidən "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Baş məşqçi Ule-Qunnar Sulşer yayda heyəti mərkəz müdafiəçisi ilə gücləndirmək niyyətindədi. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, norveçli çalışdırıcının prioritet hədəfləri de Lixt və Kalidu Kulibalidi ("Napoli"). "Yunayted"in yayda holland oyunçuya görə "Yuve"yə təklif göndərəcəyi gözlənilir.
MY 2019-cu ilin yayında 20 yaşlı futbolçu ilə maraqlansa da, rəhbərlik sonradan fikrindən daşınmışdı. De Lixtin artıq çəkiyə meyilli olmasının "qırmızı şeytanlar"ın qərarında həlledici olduğu bildirilir.
Fanat.Az