Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holann "Mançester Yunayted"in maraq dairəsindədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, MY yayda Holanna görə "Borussiya"ya təklif göndərməyi planlaşdırır. Lakin "qırmızı şeytanlar"ın işi elə də asan olmayacaq. "Yunayted"lə yanaşı, "Real" da 19 yaşlı futbolçunu heyətinə qatmağa çalışır. Yay "transfer pəncərəsi"ndə sözügedən klublar arasında Holann uğrunda mübarizə gedəcəyi gözlənilir.
Cari mövsümdə Bundesliqada 8 matçda meydana çıxan norveçli forvard 9 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az