12:19 11.12.2013 576

"Deutch Welle": "Berti Foqtsla müqavilə uzadılacaq"

Almaniyanın "Deutch Welle" kanalı futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı süjet hazırlayıb. Fanat.az xəbər verir ki, kanalın yayımladığı süjetə əsasən Bakıya son səfəri zamanı alman məşqçi yeni müqavilə şərtlərini müzakirə edib. AFFA rəhbəriylə görüşən alman məşqçi həm seçmə mərhələdəki son oyunlarla bağlı danışıb və yeni mövsüm üçün planlarını açıqlayıb.

"Azərbaycan millisi seçmə mərhələnin son oyunlarını yüksək səviyyədə keçirdi. Şimali İrlandiya üzərində parlaq qələbədən sonra Berti Foqtsun komandası az qala Rusiyanı məğlub edəcəkdi. Azərbaycan futbolçularında inkişaf göz qabağındadı. Əvvəllər normal mübarizə aparmağı bacarmayan komanda, indi 90 dəqiqə topla mübarizə göstərir, hətta hücum da edir. İlin sonunda federasiyanın Berti Foqtsla müqaviləsi başa çatır. 6 il Azərbaycanda çalışan alman hələ vətənə qayıtmaq barədə düşünmür. Berti Foqts hələlik taleyi barədə danışmaq fikrində deyil. Əldə etdiyimiz məlumata görə Bakıya son səfəri zamanı ona yeni müqavilə təklif olunub. Müqavilə şərtləri iki tərəf arasında müzakirə olunub, lakin yekun qərar qəbul edilməyib. Güman ki, həftəsonu federasiya rəhbərliyi (İcraiyyə Komitəsi nəzərdə tutulur - red.) yeni müqaviləni müzakirə edərək onu təsdiqləyəcək. Azərbaycan Futbol Federasiyası onun işindən razıdı. Azərbaycan yığması tarixində ilk dəfə seçmə mərhələdə 9 xal toplayıb. Komandada yeni adlar meydana çıxıb. Bu mənada, Foqtsa işini davam etdirməyə şans verilməsi normaldır. Digər tərəfdən, son aylar zamanı mətbuatda Azərbaycan yığmasının baş məşqçisi postuna digər real namizədin adı hallanmayıb. Əgər Azərbaycan Foqtsu saxlamaq istəməsə, digər namizədlərin olduğu açıqlanardı.

İndiki halda Foqts daha yaxşı namizəddir. Çünki, bu ölkənin futbol yığmasına başçılıq etmək asan deyil. Azərbaycan futbolçuları ancaq yerli çempionatda çıxış edir. Digər xarici çempionatlarda oynamır. Belə halda futbolçuların səviyyəsi yüksək deyil. Azərbaycan çempionatını Avropa birincilikləriylə müqayisə etmək olmaz. Klublar yalnız təsnifat mərhələsində çıxış edir, avrokuboklarda uzağa gedə bilmir. Ona görə millini tez bir zamanda dəyişmək çətindi.

Berti Foqts Azərbaycan yığmasında ən çox çalışan məşqçidi. Onun müqaviləsi 2 dəfə artırılıb və 6 il milliyə rəhbərlik edib. Ona qədər məşqçilər ən yaxşı halda 1 il çalışıb".

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iclası dekabrın 18-nə təyin olunub. Həmin iclasda millinin yeni baş məşqçisinin taleyinə aydınlıq gələcək.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X