Antuan Qrizmann mövsümün sonunda "Barselona"nı tərk edə bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Barselona" Neymar (PSJ) və ya Lautaro Martinesin ("İnter") transferinə investisiya ayırmaq üçün Qrizmannı satmaq niyyətindədi. Fransız futbolçunun Neymarın keçidində "barter" kimi istifadə edilməsi də ehtimal daxilindədi.
Katalon klubu Qrizmannın transferini 100 milyon avro dəyərində qiymətləndirir. PSJ isə Neymara 150 milyon avro qiymət qoyub. Digər tərəfdən, koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətindən sonra belə bahalı keçidlərin reallaşması mümkünsüz görünür.
Fanat.Az