"Bavariya" Tomas Müllerin müqaviləsini yeniləmək istəyir. Hazırda 30 yaşlı oyunçunun meneceri ilə danışıqlar davam edir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, tərəflər sözləşmə müddətinin 2023-cü ilə qədər artırılması mövzusunda həmfikir olsalar da, Müllerin maaşı ilə bağlı razılığa gələ bilmirlər. "Bavariya" hazırkı məvacibi saxlanılmaq şərti ilə alman futbolçunun müqaviləsini 2024-cü ilə kimi uzatmağa da hazırdı.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan Müllerin aktivində 6 qol, 16 məhsuldar ötürmə var.
Fanat.Az