"Yuventus" Blez Matyuidinin müqaviləsinin müddətini bir illik uzadıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, Matyuidinin yeni sözləşməsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. "Yuventus"un raportlarında müqavilənin 14 fevralda yeniləndiyi qeyd olunsa da, bu barədə məlumat indiyə kimi ictimaiyyətdən gizli saxlanılıb.
Qeyd edək ki, Matyuidi koronavirusa yoluxub. Fransız futbolçu yaxın günlərdə xəstəliyi yüngül keçirdiyinə dair açıqlama vermişdi.
Fanat.Az