Luka Modriç "Real"dakı karyerasını davam etdirmək qərarına gəlib.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Modriç müqavilə müddətinin sonuna kimi "Real"da qalmaq niyyətindədi. 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2021-ci ilin yayında başa çatır.
Modriç rəqabətdən geri qalacağı təqdirdə əsas heyətdəki yerini digər oyunçulara verməyə hazır olduğunu məşqçilər korpusunun nəzərinə çatdırıb.
Xorvat futbolçu 2012-ci ildən "Real"da çıxış edir.
Fanat.Az