"Real"ın sabiq müdafiəçisi və "Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaro instaqram canlı yayımında "kral klubu"nun sabiq qolkiperi İker Kasilyasla söhbətləşib.
Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədi.
Fanat.Az xəbər verir ki, Kannavaro ispaniyalının bu istəyini məsxərəyə qoyub:
"Sən federasiya prezidenti olacaqsan, mən isə "Real"ı çalışdıracam (gülür)".
Kasilyas cavabında qeyd edib: "Kimin daha cəsarətli olduğunu görəcəyik".
Kannavaro eyni zamanda "Real"ın baş məşqçisi Zinəddin Zidanın işinə heyran olduğunu bildirib:
"Zizunu təbrik etmək lazımdı. Paltardəyişmə otağını, klubu əla idarə edir, azarkeşlərlə ünsiyyəti yaxşı bacarır... Zidan möhtəşəmdi. O, heyrətamiz işlər görür".
Fanat.Az