Kolumbiya futbolunun əfsanəsi Karlos Valderrama "Caracol" radiosuna müsahibəsində həmyerlisi Hames Rodriqesin "Real"dakı gələcəyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, Valderrama Hamesin Madrid klubundan mütləq ayrılmalı olduğunu düşünür:
"Hames özü qərar qəbul edəcək qədər yetkin biridi. Mən onun yerində olsaydım, "Real"dan qaçardım. Hames istənilən komandada oynaya biləcək keyfiyyətlərə sahibdi. Bu mənada heç bir şübhəm yoxdu. Hames möhtəşəm futbolçudu və artıq bunu sübuta yetirib. O, dünyanın istənilən yerində oynaya bilər. Hər komanda Hamesi heyətində görmək istəyər".
Son yayılan məlumatlara görə, "Real" yayda kolumbiyalı oyunçu ilə yolları ayırmağı planlaşdırır.
Fanat.Az