"Real”ın əfsanəvi futbolçularından olan Qreqorio Benito 73 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klub prezidenti və idarə heyəti klubun əfsanələrindən biri olan Benitonun vəfatından dərin təəssüf hissi keçirir.
Qeyd edək ki, Qreqorio Benito 1966-1982-ci illərdə "Real"da çıxış edib. Sabiq mərkəz müdafiəçisi komanda ilə 6 dəfə La Liqanın, 5 dəfə isə İspaniya kubokunun qalibi olub.
Fanat.Az