DÜNƏNKİ FUTBOL: Edvin van der Sarın ağlasığmaz seyvləri - VİDEO
2005-2011 aralığında şərəfini qoruduğu "Mançester Yunayted”dəki çıxışıyla daha çox diqqət mərkəzinə düşən Edvin van der Sar 130 dəfə Niderland millisinin formasını geyinib.
Hələ MY-yə gələnə qədər "Ayaks” – "Yuventus” – "Fülhem” marşrutu ilə hərəkət edən qapıçının sonuncu klubda 4 il keçirməsi özlüyündə qəribə göstərici sayılmalıdı. Futbol tarixinin ən yaxşı əlcək sahiblərindən birinin iddiasız komandada vaxt keçirməsi bütün hallarda, faktdı.
1970-ci il doğumlu, 197 santimetr boya malik qolkiper həmişə soyuqqanlı, ayağıyla mükəmməl oynayan, lazım gələndə sonuncu müdafiəçi funksiyasını inamla yetirən futbolçu kimi yadda qalıb. Uzun sürən peşəkar karyerası boyunca (1990-2011) ən önəmli matçlarda qeydə alınan ağlasığmaz qurtarışlarla futbolsevərlərin rəğbətini qazanıb.
41 yaşında butslarını mıxdan asan Edvin hazırda "Ayaks”ın baş direktorudu.
Fanat.Az qolkiperin azarkeşlərin yaddaşından silinməyən qurtarışlarının bir qismini təqdim edir: