"Atletiko" (Madrid) klubunda futbolçuların və məşqçilərin maaşları koronavirusa görə 70 faiz azaldılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub İspaniya qanunvericiliyində nəzərdə tutulmuş ERTE prosedurunu tətbiq edib. İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər. Komandanın futbolçuları, məşqçiləri ilə yanaşı idarə heyətinin üzvləri də maaşlarının azaldılmasına razı olublar.
Klubun yaydığı açıqlamada bildirilir: "Görüşlərdən sonra oyunçularımız və texniki heyətimiz durumu anlayışla qarşıladılar. Kişi A komandası, qadın A komandası və kişi B komandasının oyunçuları maaşlarının 70 faiz azaldılmasına razı oldular. Klubda çalışan 430 işçiyə isə yardım ediləcək”.
Fanat.Az