"Mançester Siti" heyətinə türk futbolçu qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, koronavirus səbəbindən təxirə salınan mövsümdə uğursuz çıxış edən komandanın baş məşqçisi Pep Qvardiola heyətdə böyük dəyişikliklər etmək niyyətindədi.
"Manchester Evening News"un məlumatına görə, Qvardiolanın hədəfindəki futbolçulardan biri Ozan Kabakdı. Bildirilir ki, baş məşqçi Vinsent Kompaninin yerini türk futbolçu ilə doldurmaq istəyir.
Qeyd edək ki, Ozan Kabak 2019-cu ilin yanvarında "Qalatasaray"dan "Ştutqart"a 11 milyon avroya keçib. Almaniya klubu 6 ay sonra onu 15 milyon avroya "Şalke 04"ə satıb. Hazırda "Transfermarkt"ın 32 milyon avro qiymət qoyduğu 20 yaşlı stoper 2019/20 mövsümündə keçirdiyi 21 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az