İtaliyada idman tədbirlərinin və A Seriyasının may ayında bərpası üzərində iş gedir.
Fanat.Az "Adnkronos"a istinadən xəbər verir ki, İtaliya Futbol Federiyası, A Seriyasının rəhbərliyi və idman naziri Vintsentso Spadafora tərəfindən ümumi plan hazırlanıb. Çempionatda mövsümün 24 və ya 31 mayda bərpa olunacağı, komandaların məşqlərə isə 3 mayda başlayacağı gözlənilir. Təbii ki, bunun üçün ilk növbədə ölkədə koronavirus epidemiyasının yayılmasının qarşısı alınmalıdı. Hazırda İtaliyada COVID-19-un artım tempində yavaşlama müşahidə olunur.
Mövsümün bərpasından öncə oyunçular, məşqçilər və onların qohumları koronavirus analizi verməli olacaqlar. Bütün testlərin nəticələri neqativ olsa, məşqlərə start veriləcək.
İtaliya A Seriyası koronavirus pandemiyası səbəbindən dayandırılıb. 26 turdan sonra aktivində 63 xal olan "Yuventus" turnir cədvəlinə başçılıq edir. Liderdən bir xal geri qalan "Latsio" ikincidi.
Fanat.Az