PSJ-də oynayan Mauro İkardi İtaliyaya dönməkdə maraqlıdı.
Fanat.Az xəbər verir ki, Paris klubunda icarə əsasında top qovan hücumçu həyat yoldaşı Vanda Nara ilə məsləhətləşdikdən sonra Fransanı tərk etmək fikrinə düşüb.
İkardinin artıq PSJ-nin idman direktoru Leonardo ilə görüşdüyü və ayrılmaq istədiyini bildirdiyi vurğulanıb.
Argetinalı müqavilə ilə "İnter”ə məxsus olsa da, PSJ 70 milyon avro qarşılığında onun transfer hüquqlarına yiyələnə bilər.
İkardi bu mövsüm Liqa 1-də 20 qola imza atıb.
Fanat.Az