"Bavariya" rəhbərliyi və futbolçu-məşqçi heyəti koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan böhran vəziyyətində maaşlarının 20% azaldılmasına razılıq veriblər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun idarə heyətinin üzvü Oliver Kan təsdiqləyib:
"İdarə heyəti, müşahidə şurası, məşqçilər və komanda üzvləri maaşlarının 20%-dən imtina etmək istədiklərini bildirdilər. Bu gün həmrəylik həmişəkindən daha vacibdi. Biz - klub rəhbərliyi üçün əməkdaşlarımızın dəstəyi prioritetdi. Boş-boşuna "Bavariya"nın bir ailə olduğunu demirik".
Fanat.Az