"Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin klubundakı keçmiş illərini xatırlayıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, İtaliya futbolunun əfsanəsi "Yuve"yə olan sevgisinin heç vaxt bitməyəcəyini bildirib:
"Uşaqlıqdan "Yuventus"a azarkeşlik edirəm. İtaliya B Seriyası da daxil olmaqla, komanda ilə hər şeyi qazanmışam.
2011-12 mövsümünün sonuncu matçı - "Atalanta" ilə görüş, çempion olmağımız karyeramın kulminasiya nöqtəsi idi. Bu, tituldan daha böyük mənalar ifadə edirdi. Komanda yoldaşlarımın və həmin gün stadionda olan azarkeşlərin yaşadıqlarını sözlə təsvir edə bilmərəm. "Yuventus"a sevgim bənzərsizdi və heç vaxt bitməyəcək".
Del Pyero 1993-2012-ci illər aralığında "Yuventus"da çıxış edib. O, "Qoca Sinyora"nın heyətində 6 dəfə İtaliya çempionatının qalibi olub.
Fanat.Az