"Barselona"nın birinci vitse-prezidenti Jordi Kardoner koronavirusa yoluxub.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kardoner indilik xəstəliyi yüngül keçirdiyini bildirib. Daha əvvəl "Barselona"nın tibbi xidmətinin rəhbəri Ramon Kanal və həndbol komandasının həkimi Xosep Antoni Qutyerresdə COVID-19 aşkarlanmışdı.
Son məlumatlara görə, İspaniyada koronavirusa yoluxanların sayı 120 mini keçib. Ölkədə 12 minə yaxın insan pandemiyadan dünyasını dəyişib.
Fanat.Az