Martın 11-də Çempionlar Liqasının 1/8 final matçında "Liverpul" "Anfield" stadionunda "Atletiko"nu qəbul etmişdi.
Əlavə vaxta gedən qarşılaşmanın 94-cü dəqiqəsində "qırmızılar" 2:0 hesablı üstünlük əldə edərək mərhələ adlamağa yaxın olsa da, 56-cı dəqiqədə meydana çıxan Markos Llorente iki qola imza ataraq (97, 105+1-ci dəqiqələr) bərabərliyi təmin etmişdi. Alvaro Morata isə 120+1-ci dəqiqədə daha bir qol vuraraq "Atletiko"ya qələbə qazandırmışdı.
"Anfield" stadionundakı matçda komandasının qəhrəmanına çevirilən Markos Llorente itinə Anfield adı qoyub. "Instagram"da itinin şəkilini paylaşan futbolçu "Anfield çölü izləyir" yazıb.
Fanat.Az