İtaliya A Seriyasının bərpa oluna biləcəyi tarix açıqlanıb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, koronavirus səbəbindən dayandırılan çempionatın mayın 20-də qaldığı yerdən start götürəcəyi ehtimal olunur. Bu mümkün olsa, A Seriyasında 2019/20 mövsümünün iyulun 2-də başa çatdırılması planlaşdırılır.
Mayın 20-də koronavirus pandemiyasına görə təxirə salınmış XXV turun qarşılaşmalarının ("Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya", "Torino" - "Parma" və "Verona" - "Kalyari") oynanılması nəzərdə tutulub.
Fanat.Az