10:00 05.04.2020 1012

"Çomaq"dan düzgün istifadə edək və "ayağımız çox sürüşkən" olmasın" - SORĞU

Ölkəmizdəki idman federasiyaları haqda tez-tez yazırıq. Şübhəsiz, daha çox tənqidi məqamlar üzərində dayanır, çatışmazlıqları işıqlandıraraq inkişafa yardımçı olmağa çalışırıq. 

Fanat.Az olaraq, bu dəfə idman mediasında "külüng çalan” jurnalistlərin bir neçəsinə "Azərbaycanda hər hansı idman növü üzrə yeni federasiya yaradılmasına ehtiyac varmı” sualını ünvanladıq.

Maraqlı təkliflər səsləndirənlər də oldu, mövcud federasiyaların bəzilərinin ləğv edilməsinin və ya başqalarına birləşdirilməsinin daha yaxşı nəticələr verəcəyini söyləyənlər də.

Mahir Rüstəmli (Futbol+): "Mənim şəxsi fikrimi bilmək istəyirsizsə, Olimpiya idman novləri üzrə federasiyaları saxlayar, muxtəlif versiyalari olan fərdi, təkbətək döyüş idman novlərindən mahiyyətcə bir-birinə yaxın olanları birləşdirərdim. Azərbaycanda federasiyaların maliyyələşməsi prinsipi onsuz da kökündən yanlışdı, özu-özünü dolandıran, nazirlərin, komitə sədrlərinin, bankirlərin umidine qalmayan idman sənayesi qurmalıyıq. Kəsəsi, heç bir yeni federasiyaya ehtiyac yoxdu, nüvəsində bizim üçün ənənəvilik olan idman novləri uzrə federasiyalari gücləndirmək daha məqbul yoldu”.

İsmayıl Abdullayev (İdman Azərbaycan): "Düşünürəm ki, ölkəmizdə buzüstü hokkey idman federasiyası yaransa, maraqlı olar. Dünyada kifayət qədər marağa səbəb olan bu idman növü görəsən bizdən necə əks-səda verər? Düzdü, komanda idman növlərindəki çatışmazlıq və axsaqlıqlarımız göz önündə olsa da, fikrimcə buzüstü hokkey ölkə idmanımıza yeni səhifə aça bilər. Okeanın o tayına, Avropaya, hətta şimal qonşularımızın oyunlarına baxıb həzz alırıqsa və bu növə yetərincə marağımız varsa, Azərbaycanda niyə reallaşdırmayaq? Bunun üçün həm şəraitimizin, həm də dözümlü, iradəli atletlərimizin olacağına da şübhəm yoxdu. Yetər ki, əlimizdəki "çomaq"dan düzgün istifadə edək və "ayağımız çox sürüşkən" olmasın.

Elşən Məmmədov (Report.az): "Diyircəkli İdman Federasiyasının formalaşdırılmasını istəyərdim. Çünki, uşaqlar  və yeniyetmələr arasında bu növə böyük maraq var. Skeytbordinq adlı idman növü artıq 2021-ci ilə ertələnmiş Tokio Yay Olimpiya Oyunlarının proqramına salınıb. Bu isə o deməkdi ki, Azərbaycanda Diyircəkli İdman Federasiyası yaradılarsa, həm kütləvilik asanlıqla təmin olunar, həm də beynəlxalq arenada ölkəni təmsil edən skeybordçular yetişər”.

Sənan Şəfizadə (ATV): "Düzünü desəm, hazırda yeni federasiya yaradılması o qədər yaxşı fikir deyil. Onsuz bəzi federasiyalar maliyyə çatışmazlığından gileylənir. Qeydiyyatdan keçən federasiyaların bəzilərinin digərlərinə birləşdirilməsini və ya işinə daha ciddi yanaşmasını istərdim. Karatedə, qarışıq təkbətək döyüş növlərində, ümumilikdə 7-8 federasiya var. Onların birləşməsi - vahid qurum kimi fəaliyyət göstərməsi daha effektli olardı. Karatenin və ya döyüş növlərinin vahid federasiyada birləşməsi hamının işini asanlaşdırardı. 70-dən çox federasiya var, onların fəaliyyətinin daha səmərəli olması üçün çalışmaq lazımdı. Digər ölkələrlə müqayisə etdikdə bizdə hərbçi idmançıların federasiyası yoxdu. Bildiyim qədər yaxınlarda təsis olunacaq. Şəxsi fikrimə gəlincə, veteran idmançıların federasiyasının olması yaxşı olardı. Bu federasiya bütün idman növlər üzrə veteranları özündə birləşdirərdi”.

Ceyhun Əliyev (Sport24.az): "Məncə, yenisinə ehtiyac yoxdu. Əksinə, artıq federasiyaları ləğv etmək lazımdı. Məsələn, illər boyu fiqurlu konkisürmə federasiyası kağızda fəaliyyət göstərir. Xaricdən bir muzdlu idmançı tutmaq, onu Olimpiadaya göndərmək üçün nəhəng ştata ehtiyac yoxdu. Bunu misal olaraq qeyd etdim. Ümumiyyətlə, bir sıra federasiyalar var ki, sabun köpüyü effekti verir. Pul var - yığıb tökür əcnəbiləri, adını qoyur "milli”, pul bitdi - federasiya itdi. Otüstü hokkey üzrə pakistanlılardan ibarət "millimizi” yəqin heç kəs unutmayıb. Ümumi götürsək, ciddi təftiş olunmalı, fəaliyyətləri araşdırılmalı, illər ərzində ortaya bir çürük qoz qoymayan federasiyalar ləğv edilməlidi".

Elsevər Miri (Qafqazinfo.az): "Məncə, bütün lazımlı idman növləri üzrə federasiya var. Amma olan federasiyalar işlərini normal şəkildə görsələr, daha yaxşı olar. Bir neçə federasiya var ki, yalnız tanıdığı 2-3 nəfərə cavab verir, amma mətbuat xidmətinin rəhbərinin kim olduğu bilinmir. Federasiyada 2-3 nəfər çalışır və işlərini normal səviyyədə görmürlər, saytları işləmir”.

Pərviz Eltürk (Futbolinfo.az): "Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdü. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdəki enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir”.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
01:13

İPL: "Liverpul" uduzdu

00:07

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

Facebookdan bizi izləməyi unutmayın.
X