"Mançester Siti”nin müdafiəçisi Kayl Uoker ötən həftə öz evində iki fahişə ilə seks parti təşkil edib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, karantin dövründə futbolçu bir dostu ilə evə iki qız çağırıb. Qızlara 2200 funt-sterlinq ödənilib. Qızlar saat 23.00-a yaxın gəliblər, gecə 2-də isə qayıdıblar.
Kayl Uoker baş verənlərə görə üzr istəyib. "Mançester Siti” isə bəyanat verərək baş verənlərdən təəssüflədiyini və daxili araşdırma aparacaqlarını bildirib.
"The Sun” nəşri futbolçunun çağırdığı qızların şəkillərini dər edib.
Fanat.Az