2015-ci ildə senator Vadim Tyulpanovun 22 yaşlı qızı Milana Tyulpanova ilə ailə quran Aleksandr Kerjakova həsəd aparlanar çox olsa da, izdivacın ömrü qısa oldu.
2017-ci ildə atasını itirən Milananın psixoliji cəhətdən nə qədər zəif olduğu üzə çıxdı. Övladları Artyomiy doğulandan 6 gün əvvəl onü ərköyün böyüdən atasının hamamda yıxılıb öldüyünü eşidən gənc qadın əyyaşlığa başladı. Çox keçmədən narkotikə də qurşandı.
Futbolçu karyerasını həmin ildə bitirən Aleksandrla arvadının boşanma prosesi səs-küy, çoxsaylı qalmaqallar və qarşılıqlı ittihamlar fonunda keçdi. Yekunda Artyomiyi anasına verən məhkəmə futbolçunu aliment ödəməyə vadar etdi.
2019-cu ildə Rusiya millisinin gənc hokkeyçisi Yeqor Zamula ilə 1 ildən az sürən roman yaşamağa imkan tapan Milana indi sərbəstdi. Teleaparıcılıq da edən cəlbedici xanım Zamuladan sonrakı sevgilisinin adını açıqlamağa tələsmir.
Fanat.Az