"Bavariya"nın sabiq hücumçusu, hazırda "münhenlilər"in U-17 komandasını çalışdıran Miroslas Kloze Hans-Diter Flikin köməkçisi təyin oluna bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, klub rəhbərliyi ciddi şəkildə Klozenin məşqçilər korpusuna daxil edilməsi variantı barədə düşünür. 41 yaşlı mütəxəssisin bir il ərzində Pro lisenziyasını alacağı gözlənilir.
Kloze 2016-cı ildə karyerasını bitirib. O, 2018-ci ildən bəri "Bavariya"nın U-17 komandasının məşqçisidi.
Fanat.Az