Rus milyarder Dmitri Mazepinin oğlu Nikita Mazepin yeni mövsümə atasına məxsus "Xaytek” komandasında - "Formula-2”də başlayacaq.
Rusiyanın ən varlı pilotu sayılan Nikita 29 yaşlı fitness-model Anjelika Yermolenko ilə sevgilidi.
Arzuolunmaz ailədə böyüyən Anjelika atasının anası tərəfindən özünümüdafiə məqsədi ilə öldürüldüyünü 2016-cı ildə məşhur "Gəl evlənək” (Давай поженимся) verilişində açıqlayıb.
1.3 milyard sərvətə malik iş adamının oğlu ilə görüşəndən sonra isə surqutlu gözəlçənin belə desək, ulduzu parlayıb. Təsadüfi deyil ki, "İnstagram”dakı izləyicilərinin sayı da 64 mindən milyona qalxıb.