Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası tüğyan etdiyi dönəmdə məşqləri bərpa edib.
Fanat.Az xəbər verir ki, "Bavariya"nın futbolçuları klubun bazasında bir araya gəlib.
Münhen təmsilçisinin oyunçuları 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Oyunçular təmrinləri yerinə yetirərkən bir-biri ilə ara məsafəsi saxlamağa çalışıblar.
Qeyd edək ki, daha öncə "Şalke” meydançada məşqlərə başlamışdı.
Fanat.Az