Tanınmış məşqçi Radomir Antiç həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, ünlü çalışdırıcı 71 yaşında ölüb.
İnformasiyanı "Atletiko"nun mətbuat xidməti yaysa da, ölüm səbəbi açıqlanmayıb.
Futbolçu karyerası ərzində daha çox "Partizan”ın şərəfini qorumuş Antiç, Türkiyənin "Fənərbağça”, İspaniyanın "Saraqosa”, İngiltərənin "Luton Taun” klublarında da top qovub.
Məşqçilik karyerasına da "Saraqosa”da başlayan Antiç daha sonra "Real”, "Real Ovyedo”, "Atletiko”, "Barselona”, "Selta” kimi klublara baş məşqçilik edib. 2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran mütəxəssis karyerasının son illərində Çində işləyib. O, bu ölkənin "Şandonq Lunenq” və "Hebey Çina Fortune” klublarına rəhbərlik edib.
Fanat.Az