"Bavariya" məşqləri bərpa edib. Oyunçular kiçik qruplar şəklində və bir-birləri məsafə saxlayaraq təmrinləri yerinə yetiriblər.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, məşq zamanı Korentin Tolisso zədələnib. Ayaq biləyində ağrılar hiss etdirən fransız futbolçu çalışmaları yarımçıq dayandırıb. Onun zədəsinin ciddi olub-olmadığı ilə bağlı indilik məlumat yoxdu.
Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. 25 yaşlı yarımmüdafiəçi "Lion"un yetirməsidi.
Fanat.Az