"Fənərbağça"nın basketbol komandasının oyunçusu Kostas Slukas koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyətə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Eurohoops"a açıqlama verən yunan qard komanda üzvlərinin Moskvada COVID-19-a yoluxduqlarını qeyd edib:
"Görünür, komandamızın üzvləri Moskvada koronavirusa yoluxublar. Biz orada "Ximki" ilə qarşılaşmışdıq. Mən İstanbulda qaldığım üçün həmin matçda oynamamışdım. Biz bu ehtimaldan şübhələnirik. Əvvəlcə Türkiyədə virusa inanmırdılar, bu səbəbdən liqalar bir müddət heç nə olmamış kimi davam etdi. Ümid edirəm ki, hər şey yaxşı bitəcək.
Məncə, mövsümü bərpa etmək çox çətin olacaq, çünki Avropada vəziyyət cığırından çıxıb. Çempionatların davam etdirilməsi risklidi. Bu və ya digər şəkildə, Avroliqada mövsümün ləğv edilməli olduğuna inanıram".
"Fənərbağça"nın bir oyunçusu və üç əməkdaşında koronavirus aşkarlanıb.
Fanat.Az