"Liverpul"un baş məşqçisi Yürqen Klopp "Goal"a açıqlamasında Sadio Mane haqqında danışıb.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı Mane ilə bağlı ilkin düşüncələrinin tamamilə fərqli olduğunu etiraf edib:
"Sadio ilə ilk görüşümü xatırlayıram. Dortmundda idik. Cavan bir oğlanla qarşılaşdım. Başında beysbol papağı var idi, tərsinə taxmışdı. Təcrübəsiz reperlərə oxşayırdı. Mən də öz-özümə düşündüm: "Mənim ona ayıracaq zamanım yoxdu". Onda yaxşı komandamız var idi və mənə əvəzedicilər skamyasında oturmağa razılıq verəcək oyunçu lazım idi.
İnsanları yaxşı tanıdığımı düşünürdüm, amma, görünür, yanılmışam. Sonra Manenin karyerasını yaxından izlədim və onun "Zaltsburq"dakı uğurlarının şahidi oldum. Sadio "Sauthempton"da dominantlıq edirdi. Yaxşı ki, o, "Liverpul"a keçməyə razılıq verdi. Mane mənimlə işləmək istəyirdi, mən isə onunla. Bu, hər ikimizin xeyrinə idi".
Mane 2016-cı ilin yayında 41,2 milyon avro qarşılığında "Sauthempton"dan "Liverpul"a transfer olunub.
Fanat.Az