Şotlandiyada koronavirus pandemiyası üzndən dayandırılan futbol çempionatlarının taleyi səsvermə ilə həll olunacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı Şotlandiya Peşəkar Futbol Liqası yayıb.
Sözügedən ölkənin 2-ci (Çempionşip), 3-cü (League One) və 4-cü (League Two) liqalarının ləğv olunması səsverməyə çıxarılacaq. Səsverməyə adları sadalanan liqalarda mübarizə aparan 42 klub qatılacaq. Klublar mövsümün ləğvinə qərar versələr, çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunacaq. Belə olan halda, ilk pillədə qərarlaşmış komanda çempion elan ediləcək.
Şotlandiyanın elitasına gəlincə, qurum Premyer Liqa ilə bağlı ayrı bir toplantı keçirəcək. Elita təmsilçiləri də mövsümün ləğvinə razılaşsalar, turnir cədvəlindəki mövcud vəziyyət nəzərə alınacaq. Belədə, hazırda 80 xalla 1-ci yerdə olan "Seltik” çempion sayılacaq.
Fanat.Az