Tiaqo Alkantara "Bavariya"dakı karyerasını davam etdirəcək.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar. Sözləşmə 2023-cü ilə kimi nəzərdə tutulub.
"Bavariya" forması ilə 227 matçda meydana çıxan Tiaqonun aktivində 31 qol, 38 məhsuldar ötürmə var.
Daha əvvəl Münhen klubu baş məşqçi Hans-Diter Flik və hücumçu Tomas Müllerlə müqavilə yeniləmişdi.
Fanat.Az