Argentinanın Ekvadorla 1:1 bərabərliklə bitirdiyi matçda zədələnərək oyundan çıxan Xavier Maskerano onu xərəkdə daşıyan insana təpik vurmuşdu.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu kobudluqdan sonra oyunçu qırmızı kartla cəzalanıb. Oyundan sonra Maskerano "İnsan nə etdiyini anlamalıdır. Səhvini etiraf etməlidir. Etdiyim hərəkət utancverici idi. Bunun üçün üzr istəyirəm", deyib.