16:34 10.04.2020 875

Maksim Medvedev: "Rəşad Sadıqov təklif etdi ki, dəstək olaq"

"Karantin günləri mənim üçün bir az darıxdırıcı keçir. Çünki bu həyat tərzinə öyrəşməmişəm. Həmişə hərəkətdə olmağa üstünlük vermişəm". 

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib. 

31 yaşlı müdafiəçi bütün bunlara baxmayaraq, hazırkı duruma öyrəşdiyini bildirib: "Evdə bəzi təmir işlərini edir və övladlarımla çoxlu vaxt keçirirəm. Birlikdə idman edirik, uşaqlar onlayn dərsdə iştirak edirlər, playstation və kart oynayırıq. Axşamlar isə ailəmlə birlikdə cizgi filmlərinə baxırıq, sonra da yatırıq".

Təcrübəli oyunçu koronavirusdan qorunma yollarını açıqlayıb: "Virusdan qorunmaq üçün çox şey lazım deyil. Gigiyenaya üstünlük verir və kənar adamlarla az ünsiyyətdə oluram. Sağlam qida qəbul edirəm ki, immunitetim güclü olsun".

Medvedev "Qarabağ" klubunun futbolçularının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etmələri ilə bağlı isə bunları bildirib: "Həmişə imkan olduqca insanlara yardım edirik. Kapitanımız Rəşad Sadıqov zəng vurdu və təklif etdi ki, koronavirusa qarşı mübarizədə dəstək olaq, mən də razılıq verdim. Digər yoldaşlarımız da razılaşdılar, pulu yığdıq və fonda köçürdük".

Təcrübəli oyunçu Azərbaycan Premyer Liqasında hazırkı mövsümün ləğv olunma variantına da münasibət bildirib. Müdafiəçi "Mövsüm ləğv olunsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə ədalətli nəticə olarmı" sualına belə cavab verib: "İstərdim ki, çempionat gec olsa belə, axıra kimi oynanılsın. Bütün klublar eyni fikirdə olsalar, avrokuboklara vəsiqələri hazırkı mövqelərə görə bölüşdürmək olar. Kimsə narazı olsa, bu cür bölgü aparmaq mümkün deyil. Düzgün qayadada daha yaxşı olar". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Maksim Medvedev 2006-cı ildən Ağdam təmsilçisinin formasını geyinir. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

Facebookdan bizi izləməyi unutmayın.
X